Rəsmi Paris yeni diplomatik təşəbbüsə hazırlaşır-Makron İlham Əliyevə zəng edib
https://parstoday.ir/azeri/news/azerbaijan-i1878-rəsmi_paris_yeni_diplomatik_təşəbbüsə_hazırlaşır_makron_İlham_Əliyevə_zəng_edib
Fransa və Azərbaycan prezidentləri telefon danışığında Laçın dəhlizini müzakirə ediblər
(last modified 2023-08-31T04:11:17+00:00 )
Avq 30, 2023 10:15 Asia/Baku
  • Rəsmi Paris yeni diplomatik təşəbbüsə hazırlaşır-Makron İlham Əliyevə zəng edib

Fransa və Azərbaycan prezidentləri telefon danışığında Laçın dəhlizini müzakirə ediblər

Avqustun 29-da Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 Aərbaycan KİV-i xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən bildirilib.

Telefon danışığı əsnasında regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub.

Azərbaycan Respublikasının Dövlət başçısı bildirib ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir.

 Emmanuel Makron vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da öz tərəfindən töhfə verməyə hazır olduğunu bildirib, Fransanın və Azərbaycanın aidiyyəti qurumlarının təmaslarının davam etdirilməsini təklif edib.

Bu telefon danışığından əvvəl Emmanuel Makron Dağlıq Qarabağın blokadasına son qoymaq üçün Azərbaycana qarşı beynəlxalq təzyiqləri gücləndirmək məqsədilə Fransanın yeni diplomatik təşəbbüsünü açıqlamışdı.

Fransa səfirləri qarşısında çıxış edən Makron bildirmişdi ki, bu həftə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə danışmaq imkanı olacaq.

“Biz humanitar Laçın dəhlizinin funksiyalarına tam hörmət edilməsini tələb edəcəyik. Biz təzyiqləri artırmaq üçün beynəlxalq səviyyədə bu istiqamətdə növbəti dəfə diplomatik təşəbbüs irəli sürəcəyik”, - deyə Makron əlavə edib.