Ermənistanın baş naziri Azərbaycanı “soyqırımı” həyata keçirməkdə təqsirləndirir Azərbaycan isə təkzib edir
https://parstoday.ir/azeri/news/azerbaijan-i1904-ermənistanın_baş_naziri_azərbaycanı_soyqırımı_həyata_keçirməkdə_təqsirləndirir_azərbaycan_isə_təkzib_edir
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərh verib.
(last modified 2026-03-20T08:20:48+00:00 )
Sen 01, 2023 07:32 Asia/Baku
  • Ermənistanın baş naziri Azərbaycanı “soyqırımı” həyata keçirməkdə təqsirləndirir Azərbaycan isə təkzib edir

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərh verib.

Azərbaycan Respublikasının XİN-dən KİV-ə verilən xəbərə görə, 31 avqust tarixində hökumət iclasında çıxışı zamanı növbəti dəfə Azərbaycanı “soyqırımı” həyata keçirməkdə təqsirləndirən Ermənistanın baş naziri Nikol Paşinyanın heç bir əsas olmadan bu kəliməni bu qədər ucuzlaşdırması Ermənistanın məsuliyyətsiz manipulyasiya fəaliyyətinin təzahürüdür.

XİN-nin şərhində deyilir Laçın yolunun birtərəfli qaydada açılması və erməni sakinlərin qovulması planları barədə iddiaya gəldikdə bildirmək istərdik ki, hal-hazırda erməni sakinlərin Laçın sərhəd buraxılış məntəqəsindən hər iki istiqamətdə keçidinə şərait yaradılır və Azərbaycan tərəfinin bölgədə etnik təmizləmə siyasəti həyata keçirməkdə təqsirləndirilməsi absurddur.

Azərbaycanın ərazi bütövlüyünü sözdə dəstəkləyən Ermənistan Baş naziri yaxşı olardı ki, Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiya siyasətini də dəstəkləsin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı müdaxilələrdən çəkinsin.

Ümidvarıq ki, Ermənistan tərəfi post-münaqişə dövründə bölgədə formalaşmış reallıqları düzgün qiymətləndirəcək və sülhün bərqərar olunması üçün Azərbaycanla danışıqlarda konstruktiv mövqe sərgiləyəcək _ deyə Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində bildirilib .