Azərbaycanda Allah bəndələrinə qarşı repressiya davam edir
Azərbaycan Respublikasında Allah bəndələrinə qarşı repressiya davam edir
Saxta ittihamlarla şərlənərək həbs edilən inanclı Mirtofiq Hüseynova həbsxanada işgəncə verilib.
Mirtofiq Hüseynov Müsəlman Birliyi Hərəkatının üzvüdür.
Dindar fəalın vəziyyəti ilə bağlı dəfələrlə müraciət edilsə də, penitensiar xidmətdən heç bir reaksiya bildirilmədiyi qeyd edilir.
"AzadBaki" informasiya agentliyi xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.
Qeyd olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin, Pentensiar Xidmətin insanlarla qarşı davranışı ürəkaçan deyil.
Digər bir məlumata görə isə, ruhani Hacı İlqar Rəcəbovun həbs müddəti uzadılıb. Belə ki, Binəqədi rayon məhkəməsinin qərarı ilə ruhani barəsində seçilmiş həbs qəti imkan tədibiri daha 2 ay müddətinə artırılıb.