Bakı erməni mövqelərinin atəşə tutulmasını təkzib edib
https://parstoday.ir/azeri/news/azerbaijan-i1962-bakı_erməni_mövqelərinin_atəşə_tutulmasını_təkzib_edib
َAzərbaycan Respublikasının Müdafiə Nazirliyi : Ordumuzun Ermənistanın yaşayış məntəqələrini atəşə tutması yalandır
(last modified 2023-09-05T07:11:33+00:00 )
Sen 05, 2023 06:46 Asia/Baku
  • Bakı erməni mövqelərinin atəşə tutulmasını təkzib edib

َAzərbaycan Respublikasının Müdafiə Nazirliyi : Ordumuzun Ermənistanın yaşayış məntəqələrini atəşə tutması yalandır

Sentyabrın 5-i saat 00:05-dən 00:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələri bölmələrinin Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə Azərbaycan KİV-ə Müdafiə Nazirliyindən bildirilib.

Qurum Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edib.

Bundan əlavə, Ermənistandakı yerli mənbələrdən gələn xəbərlərdə Sünik hava limanı Azərbaycan artilleriyasının hədəfinə çevrildiyi bildirilib.

Erməni Hərbi mənbələr bildirirlər ki, Azərbaycan qüvvələri, artilleriyasını sınaqdan keçirir.