Ermənistan dialoqa maneçilik törədir - Azərbaycan Respublikasının Xarici İşlər Naziri
https://parstoday.ir/azeri/news/azerbaijan-i1964-ermənistan_dialoqa_maneçilik_törədir_azərbaycan_respublikasının_xarici_İşlər_naziri
"Ermənistan Qarabağda Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə erməniəsilli yerli sakinlər arasında dialoqa maneçilik törədir".
(last modified 2023-09-05T07:11:34+00:00 )
Sen 05, 2023 06:48 Asia/Baku
  • Ermənistan dialoqa maneçilik törədir - Azərbaycan Respublikasının Xarici İşlər Naziri

"Ermənistan Qarabağda Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə erməniəsilli yerli sakinlər arasında dialoqa maneçilik törədir".

Azərbaycan Respublikasının KİV-i  xəbər verir ki, bu barədə Ceyhun Bayramov Macarıstan diplomatik nümayəndəlik rəhbərlərinin konfransında çıxışı zamanı deyib.

Bayramov, Ermənistanın öhdəliklərə zidd və dövlətlərarası normallaşma üçün əsas maneə olan Azərbaycanın suveren ərazilərində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirməsindən, davamlı hərbi təxribatlar, o cümlədən mina təhlükəsi, Azərbaycanın daxili işlərinə daimi müdaxiləsindən, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə erməni əsilli yerli sakinlər arasında dialoqa maneçilik törətməsindən, beynəlxalq səviyyədə aparılan genişmiqyaslı qarayaxma kampaniyasından bəhs edib.

Bu günlərdə İrəvanla Bakı arasında gərginliyin artması ilə hər iki tərəf bir-birini sülh yolunda maneələr yaratmaqda ittiham edir.

Hətta Azərbaycan tərəfindən təkzib olunmasına baxmayaraq Ermənistanın baş naziri Paşinyan dəfələrlə rəsmi çıxışlarında iddia edib ki Azərbaycan tərəfi açıq şəkildə erməniləri etnik təmizləmə ilə hədələyir .