ABŞ Dövlət Departamenti: Blinken və Əliyev Qarabağda vəziyyəti müzakirə ediblər
https://parstoday.ir/azeri/news/azerbaijan-i1986-abŞ_dövlət_departamenti_blinken_və_Əliyev_qarabağda_vəziyyəti_müzakirə_ediblər
Ötən həftə ABŞ dövlət katibi Entoni Blinken "Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsilə bağlı ABŞ-ın narahatlığını ifadə etmək üçün" Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb, çərşənbə günü Dövlət Departamentinin məlumatında deyilir.
(last modified 2023-09-18T06:06:38+00:00 )
Sen 06, 2023 14:19 Asia/Baku
  • ABŞ Dövlət Departamenti: Blinken və Əliyev Qarabağda vəziyyəti müzakirə ediblər

Ötən həftə ABŞ dövlət katibi Entoni Blinken "Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsilə bağlı ABŞ-ın narahatlığını ifadə etmək üçün" Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb, çərşənbə günü Dövlət Departamentinin məlumatında deyilir.

Sentyabrın 1-də telefon danışığı zamanı Blinken "Azərbaycandan əlavə marşrutların vacibliyini etiraf edərək Laçın dəhlizini humanitar, kommersiya və sərnişin daşımaları üçün yenidən açmaq çağırışımızı təkrarlayıb",- Dövlət Departamentinin mətbuat katibi Metyü Miller deyib.

Blinken “dialoq və kompromisin, həmçinin tərəflər arasında inamın möhkəmləndirilməsinin vacibliyini” vurğulayıb. "O, ABŞ-ın sülh prosesinə dəstəyini davam etdirəcəyini vəd edib”, - Miller deyib.