Ermənistandakı avropalı müşahidəçilərin sərhəddəki gərginliklə bağlı hesabatı
https://parstoday.ir/azeri/news/azerbaijan-i1994-ermənistandakı_avropalı_müşahidəçilərin_sərhəddəki_gərginliklə_bağlı_hesabatı
Ermənistandakı avropalı müşahidəçilər Azərbaycan Respublikası ilə ümumi sərhəddə son gərginliklə bağlı hesabatı Avropa İttifaqına göndəriblər.
(last modified 2026-03-20T08:20:48+00:00 )
Sen 06, 2023 16:04 Asia/Baku
  • Ermənistandakı avropalı müşahidəçilərin sərhəddəki gərginliklə bağlı hesabatı

Ermənistandakı avropalı müşahidəçilər Azərbaycan Respublikası ilə ümumi sərhəddə son gərginliklə bağlı hesabatı Avropa İttifaqına göndəriblər.

Ermənistan İctimai Radiosunun məlumatına görə, İrəvanın istəyi ilə Ermənistan və Azərbaycan Respublikası arasında ümumi sərhəddə yerləşdirilən avropalı müşahidəçilər son günlər sərhəddə yaranmış gərginlik barədə məlumat veriblər.

Avropalı müşahidəçilər X sosial şəbəkəsi (keçmiş Twitter) vasitəsilə yaydıqları mesajda Ermənistan və Azərbaycan sərhədində gərginliyin artdığını təsdiqləyiblər.

Mesajda deyilir: "Son bir neçə gün ərzində Aİ-nin Monitorinq Komitəsi Ermənistan və Azərbaycanın sərhədyanı ərazilərində gərginliyin artmasını narahatlıqla müşahidə edib. Biz vəziyyəti Brüsselə çatdırmışıq".