Ermənilər Kəlbəcər istiqamətində səngər qazmağa cəhd göstərib-Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində səngər qazdığını iddia edir.
Sentyabrın 7-si saat 07:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Bu barədə Azərbaycan KIV-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub Azərbaycan respublikasının Ordu bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb".
Əlavə edək , Ermənistan mətbuatıda məlumat verir ki Azərbaycan Respublikası sərhəddə hərbi texnika daşıyır
Son həftələr Ermənistan Azərbaycan Respublikası ilə sərhəddə gərginliyin artdığının şahidi olub və gərgin günlər keçirir.