Ermənilər Kəlbəcər istiqamətində səngər qazmağa cəhd göstərib-Azərbaycan Müdafiə Nazirliyi
https://parstoday.ir/azeri/news/azerbaijan-i2008-ermənilər_kəlbəcər_istiqamətində_səngər_qazmağa_cəhd_göstərib_azərbaycan_müdafiə_nazirliyi
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində səngər qazdığını iddia edir.
(last modified 2023-09-18T06:06:13+00:00 )
Sen 07, 2023 08:18 Asia/Baku
  • Ermənilər Kəlbəcər istiqamətində səngər qazmağa cəhd göstərib-Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində səngər qazdığını iddia edir.

Sentyabrın 7-si saat 07:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Bu barədə Azərbaycan KIV-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub Azərbaycan respublikasının Ordu bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb".

 Əlavə edək , Ermənistan mətbuatıda məlumat verir ki Azərbaycan Respublikası sərhəddə hərbi texnika daşıyır

Son həftələr Ermənistan Azərbaycan Respublikası ilə sərhəddə gərginliyin artdığının şahidi olub və gərgin günlər keçirir.