Ermənistan sərhədə qoşun cəmləşdirir - Hikmət Hacıyev
https://parstoday.ir/azeri/news/azerbaijan-i2020-ermənistan_sərhədə_qoşun_cəmləşdirir_hikmət_hacıyev
Bakı və İrəvan sərhədə ağır hərbi texnika göndərir
(last modified 2023-09-09T09:03:16+00:00 )
Sen 09, 2023 05:54 Asia/Baku
  • Ermənistan sərhədə qoşun cəmləşdirir - Hikmət Hacıyev

Bakı və İrəvan sərhədə ağır hərbi texnika göndərir

Azərbaycan Silahlı Qüvvələri payız-qış mövsümünə hazırlıq məqsədilə planlaşdırılmış təlimlər keçirir, Ermənistan isə sərhədə qoşun cəmləşdirir.

 Bunu "Reuters"ə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Bu, müntəzəm planlaşdırma prosesinin bir hissəsidir", - deyə Hikmət Hacıyev bildirib və əlavə edib ki, Ermənistanı öz qoşunlarını sərhəddə cəmləşdirir və yeni silah sistemləri alır.

Onun sözlərinə görə, Qarabağdakı erməni qüvvələri də öz kazarmalarından çıxaraq yüksək döyüş hazırlığı şəraitində cəbhə xəttindəki mövqelərə yerləşdirilib.

 Hacıyev,Azərbaycanın strategiyasını ölkəyə qarşı hər hansı silahlı və ya qeyri-qanuni hərbi hərəkətlərin və ya təxribatların qarşısını almaq və zərərsizləşdirməkdən ibarət olduğunu bildirib.

Qeyd edək ki, Ermənistan ordusunun ağır texnikasının Azərbaycan Respublikası sərhədlərinə doğru yerləşdirilməsi xəbər mənbələrində yayılıb.

Lakin xatırlamaq lazımdır ki, Azərbaycan Respublikası Ordusu da son bir neçə gündə Ermənistan sərhədlərinə, Qarabağla təmas xəttlərinə və Rusiya sülhməramlı qüvvələrinin yerləşdiyi ərazilərə öz qoşunlarını və ağır texnikasını göndərib.