Mirzoyan Ceyhun Bayramovla görüşəcək? -Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti münasıbət bildirib
https://parstoday.ir/azeri/news/azerbaijan-i2076-mirzoyan_ceyhun_bayramovla_görüşəcək_azərbaycan_xarici_İşlər_nazirliyinin_mətbuat_xidməti_münasıbət_bildirib
Ötən həftə Ermənistan Baş naziri Nikol Paşinyanın Fransa, Almaniya, İran və Gürcüstan liderləri, eləcə də ABŞ Dövlət katibi ilə telefon danışığı aparıb. Telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub. Paşinyan Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlar aparmağa hazır olduğunu deyib.
(last modified 2023-09-18T06:05:53+00:00 )
Sen 11, 2023 10:32 Asia/Baku
  • Mirzoyan Ceyhun Bayramovla görüşəcək? -Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti münasıbət bildirib

Ötən həftə Ermənistan Baş naziri Nikol Paşinyanın Fransa, Almaniya, İran və Gürcüstan liderləri, eləcə də ABŞ Dövlət katibi ilə telefon danışığı aparıb. Telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub. Paşinyan Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlar aparmağa hazır olduğunu deyib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters”ə açıqlamasında bildirib ki, Rəsmi Bakı Ermənistan tərəfindən təcili danışıqların aparılması barədə təklif almayıb.

 Erməni mediasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da azərbaycanlı həmkarı ilə danışıqlar aparmaq istəməsi barədə məlumatlar yayılıb. Bildirilir ki, Mirzoyan Ceyhun Bayramovla Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə etmək istəyir.

Azərbaycan KİV-i bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə  KİV-ə açıqlamasında bildirib ki, Azərbaycan XİN-ə görüşlə bağlı təklif daxil olmayıb.

Buna əsaslanaraq Azərbaycan mətbuatı iddia edib ki bütün bunlar Ermənistanın gərginliyi azaltmaq istədiyini sözdə ifadə etməsinə baxmayaraq, əməldə heç bir addım atmadığını göstərir.