Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyəyə səfərə gedib
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Türkiyədə rəsmi səfərdədir.
Azərbaycan müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyəyə rəsmi səfərə gedib.
Aran Radiosu xəbər verir ki, Bu barədə Azərbaycan KİV-i Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
"Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın dəvətilə həyata keçirilən səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Türkiyənin hərbi rəhbərliyi ilə bir sıra görüşləri keçiriləcək.
Səfər çərçivəsində hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq". - deyə KİV-dən sitat gətirilib.