Sülhməramlıların yeni komandanı Bakıya Səfər edib
https://parstoday.ir/azeri/news/azerbaijan-i2110-sülhməramlıların_yeni_komandanı_bakıya_səfər_edib
Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Kirill Kulakov Bakıya Səfər edib
(last modified 2023-09-18T06:05:42+00:00 )
Sen 13, 2023 05:49 Asia/Baku
  • Sülhməramlıların yeni komandanı Bakıya Səfər edib

Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Kirill Kulakov Bakıya Səfər edib

Sentyabrın 12-də Rusiya Federasiyası Quru Qoşunlarının komandanı ordu generalı Oleq Salyukov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Kirill Kulakovu müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim edib.

 Bu barədə Azərbaycan KİV-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri Həsənov , Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı etimada əsaslandığını qeyd edib.

Qarabağ iqtisadi rayonunda əməliyyat şəraiti barədə danışan general-polkovnik Z.Həsənov son zamanlarda qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların sayının artdığını iidia edib.

Rusiya Federasiyası Quru Qoşunlarının komandanı ordu generalı O.Salyukov , ikitərəfli əlaqələrin tarixi köklərə əsaslandığını,  iki ölkənin strateji tərəfdaş olduğunu qeyd edib.