Sülhməramlıların yeni komandanı Bakıya Səfər edib
Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Kirill Kulakov Bakıya Səfər edib
Sentyabrın 12-də Rusiya Federasiyası Quru Qoşunlarının komandanı ordu generalı Oleq Salyukov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Kirill Kulakovu müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim edib.
Bu barədə Azərbaycan KİV-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri Həsənov , Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı etimada əsaslandığını qeyd edib.
Qarabağ iqtisadi rayonunda əməliyyat şəraiti barədə danışan general-polkovnik Z.Həsənov son zamanlarda qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların sayının artdığını iidia edib.
Rusiya Federasiyası Quru Qoşunlarının komandanı ordu generalı O.Salyukov , ikitərəfli əlaqələrin tarixi köklərə əsaslandığını, iki ölkənin strateji tərəfdaş olduğunu qeyd edib.