Nikol Paşinyan: Rusiya sülhməramlı qüvvələri Qarabağda öz vəzifələrini yerinə yetirə bilmədilər
https://parstoday.ir/azeri/news/azerbaijan-i2150-nikol_paşinyan_rusiya_sülhməramlı_qüvvələri_qarabağda_öz_vəzifələrini_yerinə_yetirə_bilmədilər
Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarını öz vəzifələrini yerinə yetirə bilməməkdə ittiham edib.
(last modified 2026-03-20T08:20:48+00:00 )
Sen 15, 2023 08:51 Asia/Baku
  • Nikol Paşinyan: Rusiya sülhməramlı qüvvələri Qarabağda öz vəzifələrini yerinə yetirə bilmədilər

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarını öz vəzifələrini yerinə yetirə bilməməkdə ittiham edib.

Novosti agentliyinin verdiyi məlumata görə,Ermənistanın baş naziri Nikol Paşinyan Amerikanın “Politico” qəzetinə müsahibəsində  Rusiyanın Ukrayna ilə hərbi münaqişəyə görə Ermənistan üçün etibarlı təhlükəsizliyin təminatçısı ola bilməyəcəyini vurğulayıb və deyib: “ Qarabağ Rusiya sülhməramlı qüvvələrinin məsuliyyətində idi" Lakin Humanitar böhranın ortasında və Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin Azərbaycan Respublikası tərəfindən bağlanmasından sonra regionda təhlükəsizlik vəziyyət kəskin şəkildə dəyişib və daha da pisləşib.

Ermənistanın indi strategiyası “bu vəziyyətdə başqalarından asılılığımızı minimuma endirməyə və öz imkanlarımıza arxalanaraq müstəqil ölkə olmağa çalışmaq” olmalıdır.-deyə Paşinyan qeyd edib

Son həftələrdə Ermənistan və Azərbaycan Respublikası arasında ixtilaflara son qoymaq üçün diplomatik səylərin intensivləşməsinə baxmayaraq, iki ölkə arasında sərhəd gərginliyi və atəşkəsin pozulması ilə bağlı tərəflərin bir-birinə qarşı ittihamları kəskinləşib.

Müharibədən sonra Azərbaycan Respublikası ilə Ermənistan arasında qalan ən çətin problemlərdən biri Azərbaycan Respublikasının bağladığı və ya sərt keçid məntəqəsi qoyduğu Laçın keçididir.

Laçın dəhlizinin Azərbaycan Respublikası tərəfindən bloklanması ilə Dağlıq Qarabağın 120 minə yaxın erməni sakini mühasirədədir. Ermənistan hakimiyyəti Bakının bu hərəkətini “etnik təmizləmə siyasətini həyata keçirmək” adlandırıb və onun yenidən açılmasını tələb edir.