Qarabağ münaqişəsində Taliban hökumətinin Azərbaycan Respublikasına dəstəyi
Əfqanıstanın Taliban hökuməti Qarabağ münaqişəsində Azərbaycan Respublikasına dəstək verib.
Əfqanıstan xəbər agentliyinin (Ava) şənbə günü verdiyi məlumata görə, Talibanın sözçüsü “Zəbihullah Mücahid” Azərbaycan dövlət televiziyasının müxbirinə müsahibəsində deyib ki, Taliban hökuməti Dağlıq Qarabağ münaqişəsində Azərbaycan Respublikasının Ermənistana qarşı ərazi bütövlüyünü dəstəkləyir.
Əfqanıstan Taliban hökumətinin sözçüsü bu hökumətin Azərbaycan Respublikasının Kabildəki səfirliyinin fəaliyyətə başlamasına hazır olması barədə də məlumat verib və əlavə edib: Azərbaycan Respublikasının Kabildə nümayəndəliyinin açılması üçün əlverişli şərait yaratmışıq və biz də Bakıda nümayəndəliyimizi açmaq istəyirik.