Ermənistan Dağlıq Qarabağda yaşayan ermənilərin təxliyəsinə qarşıdır
Ermənistanın baş naziri Dağlıq Qarabağda yaşayan ermənilərin təxliyəsini təhlükəli kimi qiymətləndirib.
Ermənilərin Dağlıq Qarabağdan təxliyəsi ilə bağlı şayiələr yayıldıqdan sonra Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 15-də belə bir aksiyaya qarşı olduğunu bildirib.
Ermənistan mətbuatının məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan cümə günü “Dağlıq Qarabağ əhalisinin təxliyəsi məsələsi gündəmdə deyil” deyib.
Ermənistanın baş naziri hətta Dağlıq Qarabağın boşaldılması ilə bağlı müzakirələri təhlükəli adlandırıb və fikrini belə izah edərək deyib: “İnsanların Dağlıq Qarabağdan çıxmasından danışmaq etnik təmizləməyə və ermənilərin Dağlıq Qarabağdan çıxarılmasına razılıq vermək deməkdir. "
Qeyd edək ki, Paşinyan son açıqlamalarında Azərbaycan Respublikasının hərbçilərinin və texnikasının sərhədyanı ərazilərdə cəmləşməsinə toxunaraq növbəti müharibənin mümkünlüyünü istisna etməyib.