Separatçılar Azərbaycanın yardımını qəbul etmirlər
https://parstoday.ir/azeri/news/azerbaijan-i2202-separatçılar_azərbaycanın_yardımını_qəbul_etmirlər
40 ton un yüklü karvan Ağdam-Xankəndi yolunda gözləyir
(last modified 2023-09-18T08:00:08+00:00 )
Sen 18, 2023 11:58 Asia/Baku
  • Separatçılar Azərbaycanın yardımını qəbul etmirlər

40 ton un yüklü karvan Ağdam-Xankəndi yolunda gözləyir

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 21-ci gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.

APA xəbər verir ki, içərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında dayanıblar.

Qeyd edək ki, hazırda ərzaq yükünün erməniəsilli şəxslərə çatdırılması üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və könüllülər cavab gözləyir.