Azərbaycan Respublikası prezidentinin köməkçisindən daha bir iddia
https://parstoday.ir/azeri/news/azerbaijan-i2232-azərbaycan_respublikası_prezidentinin_köməkçisindən_daha_bir_iddia
Antiterror tədbirlərinin məqsədi qanunsuz erməni silahlı birləşmələrini zərərsizləşdirməkdir - Hikmət Hacıyev
(last modified 2023-09-21T03:54:36+00:00 )
Sen 19, 2023 14:44 Asia/Baku
  • Azərbaycan Respublikası prezidentinin köməkçisindən daha bir iddia

Antiterror tədbirlərinin məqsədi qanunsuz erməni silahlı birləşmələrini zərərsizləşdirməkdir - Hikmət Hacıyev

Azərbaycan KİV-i xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TRT Haber"-ə açıqlamasında bildirib.

"Azərbaycan heç bir zaman Qarabağda yaşayan mülki əhaliyə qarşı bir hərəkət etmir. Onları bu qanunsuz xuntandan xilas etmək məqsədini qarşımıza qoymuşuq", - deyə H.Hacıyev əlavə edib.

Qeyd edək ki,Bakı Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladığını iddia edib.