Bakı Qarabağda yaşayan erməniləri özü tərksilah etdiyini iddia edir
https://parstoday.ir/azeri/news/azerbaijan-i2266-bakı_qarabağda_yaşayan_erməniləri_özü_tərksilah_etdiyini_iddia_edir
Azərbaycan Ordusu erməni silahlılarını ərazidən çıxarmaq öhdəliyini özü yerinə yetirdi-Elçin Əmirbəyov
(last modified 2023-09-23T02:26:15+00:00 )
Sen 21, 2023 08:09 Asia/Baku
  • Bakı Qarabağda yaşayan erməniləri özü tərksilah etdiyini iddia edir

Azərbaycan Ordusu erməni silahlılarını ərazidən çıxarmaq öhdəliyini özü yerinə yetirdi-Elçin Əmirbəyov

Azərbaycan Ordusu qanunsuz erməni silahlılarını Azərbaycandan çıxarmaq öhdəliyini özü yerinə yetirdi”.

Azərbaycan KİV-i xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İngiltərənin “BBC World News” telekanalının canlı efirində deyib.

Əmirbəyov vurğulayıb ki, Azərbaycanın suveren ərazisindəki qanunsuz erməni hərbi kontingentinin buraxılması və tərksilah edilməsi ilə bağlı əvvəllər əldə edilmiş razılıq Ermənistan və Azərbaycan arasında sülh prosesinin daha da irəliləyişinə mühüm təkan olacaq, eyni zamanda Yevlaxdakı bugünkü görüş isə Qarabağ bölgəsinin erməni əhalisinin Azərbaycanın hüquqi sahəsinə dinc reinteqrasiyasının başlanğıcını qoyacaq.