Azərbaycan Prezidenti Yevlaxda müzakirə ediləcək məsələləri açıqlyıb
https://parstoday.ir/azeri/news/azerbaijan-i2268-azərbaycan_prezidenti_yevlaxda_müzakirə_ediləcək_məsələləri_açıqlyıb
Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılması, silahlı dəstələrin tərksilah edilməsi ilə bağlı, Yevlaxda görüş keçiriləcək.
(last modified 2023-09-23T02:26:16+00:00 )
Sen 21, 2023 08:22 Asia/Baku
  • Azərbaycan Prezidenti Yevlaxda müzakirə ediləcək məsələləri açıqlyıb

Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılması, silahlı dəstələrin tərksilah edilməsi ilə bağlı, Yevlaxda görüş keçiriləcək.

Yevlax görüşündə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağ ermənilərinin hüquqları və öhdəlikləri ilə əlaqədar, o cümlədən onların mədəni, dini, bələdiyyə və digər hüquqları ilə bağlı məsələlər müzakirə ediləcək.

Azərbaycan KİV-i xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon söhbəti zamanı deyib.

 Azərbaycan Respublikasının Dövlət başçısı bu gün antiterror tədbirlərinin dayandırılması ilə bağlı əldə edilmiş razılaşmaya toxunaraq, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılmasının, qanunsuz silahlı dəstələrin silahı yerə qoymasının və tərksilah edilməsinin, Yevlaxda keçiriləcək görüşün müsbət addım olduğunu bildirib. İlham Əliyev q bunu Azərbaycan öz daxili işləri kontekstində həyata keçirdiyini iddia edib