Könüllü silahı yerə qoyan hərbçilər azaddırlar - Azərbaycan Respublikası Prezidentinin köməkçisi
https://parstoday.ir/azeri/news/azerbaijan-i2290-könüllü_silahı_yerə_qoyan_hərbçilər_azaddırlar_azərbaycan_respublikası_prezidentinin_köməkçisi
Hikmət Hacıyev: Könüllü surətdə silahı yerə qoyan hərbçilər açıq şəkildə bəyan etdiyimiz kimi azaddırlar.
(last modified 2023-09-26T02:45:46+00:00 )
Sen 23, 2023 06:12 Asia/Baku
  • Könüllü silahı yerə qoyan hərbçilər azaddırlar - Azərbaycan Respublikası Prezidentinin köməkçisi

Hikmət Hacıyev: Könüllü surətdə silahı yerə qoyan hərbçilər açıq şəkildə bəyan etdiyimiz kimi azaddırlar.

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisi, həmçinin digər beynəlxalq tərəfdaşlarla görüşüb.

 

Azərbaycan KİV-i xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” platformasında paylaşımında qeyd edib.

O, BQXK ilə görüşdə Azərbaycan tərəfinin dərman, qida və digər məhsulların Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları ilə çatdırılması üçün bütün zəruri şərtləri təmin etdiyini və edəcəyinin diqqətə çatdırıldığını qeyd edib.

 " Getmək istəyənlər əsasən hərbi qulluqçuların ailə üzvləridir.Könüllü surətdə silahı yerə qoyan hərbçilər açıq şəkildə bəyan etdiyimiz kimi azaddırlar". -Azərbaycan Respublikası Prezidentinin köməkçisi qeyd edib.