Paşinyanla Əliyev görüşür
Ermənistanın baş naziri və Azərbaycan Respublikasının prezidenti gələn həftə İspaniyada görüşəcəklər.
Ötən həftə (19 sentyabr) Azərbaycan Respublikası “antiterror və erməni qüvvələrinin tərksilahı” əməliyyatı iddiası ilə Dağlıq Qarabağ bölgəsinə hücum edib. Bu arada İrəvan həmin ərazidə hərbi qüvvələrinin olmadığını iddia edərək Bakının hərəkətini “kütləvi hücum” adlandırıb. Bir gün sonra Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə atəşkəs razılaşması əldə olunub.
İSNA xəbər agentliyinin məlumatına görə, Ermənistan Təhlükəsizlik Şurası məlumat yayaraq, Dağlıq Qarabağ bölgəsində son gərginlikdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın 5-də İspaniyanın Qranada şəhərində görüşəcəyini açıqlayıb.
Bu məlumata görə, görüşdə Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də iştirak edəcək.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev oktyabrın 5-də İspaniyanın paytaxtın Qranada keçiriləcək iki ölkə liderləri arasında danışıqlara hazırlıq məqsədilə sentyabrın 26-da Brüsseldə görüş keçirəcəklər., - məlumatda Əlavə edilib.