Azərbaycan millisi dünya çempionu olub
(last modified Mon, 25 Sep 2023 09:18:00 GMT )
Sen 25, 2023 13:18 Asia/Baku
  • Azərbaycan millisi dünya çempionu olub

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatına Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya çempionu olub. Azərbaycanın güllə atıcısı Kamran Zeynalov isə Perunun Lima şəhərində keçirilən dünya çempionatının qızıl medal qazanıb.

 

2 qızıl 3 gümüş medal qazanan Azərbaycan Respublikası yığması 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olub.

Buna qədər ən yaxşı nəticələr sərbəst güləşdə 2009 və 2010, yunan-Roma güləşində isə 2015 və 2022-ci ildə qeydə alınıb. Həmin dünya çempionatlarında Azərbaycan milliləri komanda hesabında 2-ci yeri tutub.

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi həm medalların əyarına, həm də toplanan xallara görə də dünya çempionatlarında Azərbaycan güləş yığmaları tarixinin ən yaxşı nəticəsinə imza atıb.

Mundialda İran (102) ikinci, Türkiyə (93) isə üçüncü yeri tutub.

Xatırladaq ki, bu yarışda Eldəniz Əzizli (55 kq) ilə Rafiq Hüseynov (82 kq) dünya çempionu olub. Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) isə gümüş medal qazanıb. Komandamız 67 və 77 kq-da olimpiadaya lisenziya əldə edib.

Azərbaycan idmanı üçün növbəti uğur Peruda qazanılıb.

Azərbaycanın güllə atıcısı Kamran Zeynalov Perunun Lima şəhərində keçirilən dünya çempionatının qızıl medal qazanıb

Paraatlet 50 metrə məsafəyə atışda 220.5 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdmançı bu nəticə ilə Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Teqlər