5 min Qarabağ sakini Ermənistana köçüb
(last modified Tue, 26 Sep 2023 05:38:17 GMT )
Sen 26, 2023 09:38 Asia/Baku
  • 5 min Qarabağ sakini Ermənistana köçüb

Bazar ertəsi günortaya qədər Qarabağ bölgəsinin 4 min 850 sakini Ermənistana daxil olub.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə, Bakının hərbi hücumu başlayandan bəri Dağlıq Qarabağda yaşayan 10 min erməni köçkün düşüb.

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan kütləvi köçün səbəbi kimi etnik təmizləmə qorxusunu göstərib.

Paşinyan bildirib ki, Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək cəhdləri nəticə verməsə, Ermənistan Respublikası Qarabağdan olan qardaş və bacılarına qucaq açacaq.

Daha əvvəl Dağlıq Qarabağ ermənilərinin rəhbərinin müşaviri Davyd Babayan bildirmişdi ki, Dağlıq Qarabağdan olan 120 min erməni Azərbaycan Respublikasının tərkibində olmaq istəmədikləri və etnik təmizləmədən narahat olduqları üçün bu bölgəni tərk etməyi planlaşdırırlar.