Ərdoğan Zəngəzur və Laçın dəhlizlərinin açılmasına ümid etdiyini bildirib
https://parstoday.ir/azeri/news/azerbaijan-i2360-Ərdoğan_zəngəzur_və_laçın_dəhlizlərinin_açılmasına_ümid_etdiyini_bildirib
Qarabağ bölgəsində gərginliyin hökm sürdüyü bir vaxtda Türkiyə prezidenti Zəngəzur və Laçın dəhlizlərinin açılmasına ümid etdiyini bildirib.
(last modified 2026-03-20T08:20:48+00:00 )
Sen 27, 2023 05:34 Asia/Baku
  • Ərdoğan Zəngəzur və Laçın dəhlizlərinin açılmasına ümid etdiyini bildirib

Qarabağ bölgəsində gərginliyin hökm sürdüyü bir vaxtda Türkiyə prezidenti Zəngəzur və Laçın dəhlizlərinin açılmasına ümid etdiyini bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Naxçıvandan qayıdarkən Zəngəzur və Laçın dəhlizlərinə işarə edərək, “Bizim istəyimiz bu yolların sülh dəhlizi kimi açılmasıdır” deyib.

Ərdoğan əlavə edib , arzumuz bu yolları sülh dəhlizləri kimi açmaqdır. Həmişə müharibə şəraitində olan dəhliz haqqında düşünmək mümkün deyil.

Ərdoğan Türkiyənin Zəngəzur dəhlizinin açılması üçün göstərdiyi səylərdən danışıb və “Zəngəzur dəhlizinin yaradılması həm ölkələrə, həm də regionun təhlükəsizliyinə fayda verəcək” iddiasını səsləndirib.Ərdoğan qeyd edib ki, Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verməsə, yol İran üzərindən keçəcək və İran bu məsələdə maraqlıdır.

Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağa son hücumu regionda vəziyyəti daha  gərginləşdirib.

Xatırladaq ki,Ermənistan dövləti bu ölkənin cənubundan yol verməyə hazırdır,lakin Azərbaycan və türkiyənin adlandırdıqları müstəqil zəngəzur dəhlizi ilə müxalifdirlər. Erməni rəsmiləri deyirlər ki, üçtərəfli bəyanatda dəhliz sözü qeyd edilməyib sadəcə olaraq ermənistanın nəzarəti ilə yol verilə bilər.