Bir günlük hərbi əməliyyatda itkilərin sayı 200 nəfəri keçib
Sen 27, 2023 05:41 Asia/Baku
Sentyabrın 19-da Qarabağda keçirilən lokal hərbi əməliyyatda Azərbaycan Ordusu xeyli itki verib.
Hələlik Müdafiə Nazirliyi həlak olan hərbçilərin sayını açıqlamayıb. Sosial şəbəkələrdə paylaşılan və yaxınları, kənd icra nümayəndəlikləri tərəfindən Meydan TV-yə təsdiqlənmiş həlak olan hərbçilərin sayı 201-dir. Bu siyahıya bu neçə gündə Qarabağda minaya düşmüş polislərin və avtomobil qəzasında həlak olanların adı daxil edilməyib.