19 min erməni sakinin Qarabağı tərk etdiyi bildirilir
Sen 27, 2023 05:46 Asia/Baku
Qarabağda yaşayan ermənilərin ümumilikdə 19 min nəfərinin Kornidzordakı keçid məntəqəsini keçdiyi bildirilir.
Bu barədə sentyabrın 26-da Ermənistan Baş nazirinin müavini Tiqran Xaçatryan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, onlardan 2500-dən çoxu artıq yaşayış yerlərindədir və dövlət dəstəyi üçün müraciət edib.
“Daha 1200 nəfərin yerləşdirilməsi prosesi gedir. Qalanları isə yaşayış yerinin olduğunu dedilər”, – deyə o bildirib