Hikmət Hacıyev Brüsseldə Qriqoryanla görüşüb
https://parstoday.ir/azeri/news/azerbaijan-i2368-hikmət_hacıyev_brüsseldə_qriqoryanla_görüşüb
Azərbaycan Prezidentinin köməkçisi Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə danışıqlar aparıb
(last modified 2023-09-30T05:19:44+00:00 )
Sen 27, 2023 07:34 Asia/Baku
  • Hikmət Hacıyev Brüsseldə Qriqoryanla görüşüb

Azərbaycan Prezidentinin köməkçisi Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə danışıqlar aparıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ötən gün Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Azərbaycan KIV-i xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat xidməti Hikmət Hacıyevlə Armen Qriqoryan arasında baş tutan görüşə dair bəyanat yayıb.

Bildirilib ki, Şarl Mişelin diplomatik müşavirləri Simon Mordue və Maqdalena Qrononun ev sahibliyi etdiyi görüşdə Almaniya Kanslerinin siyasi müşaviri Yens Plötner və Fransa Prezidentinin siyasi müşaviri Emmanuel Bonno, həmçinin Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Kların iştirak edib.

Qeyd olunub ki, Şarl Mişel də qısa fikir mübadiləsi üçün iştirakçılara qoşulub.

Vurğulanıb ki, Aİ iştirakçıları bölgədəki hazırkı vəziyyətə və yerli əhalinin təcili ehtiyaclarının qarşılanmasına hədəflənmiş müxtəlif səylərə dair fikir mübadiləsi aparmağa dəvət edib

Qeyd edək Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev oktyabrın 5-də İspaniyanın paytaxtın Qranada keçiriləcək iki ölkə liderləri arasında danışıqlara hazırlıq məqsədilə sentyabrın 26-da Brüsseldə görüşüblər.