Antiterror tədbirləri adlandırılan Bir günlük hərbi əməliyyatda itkilərin sayı AÇIQLANDI
https://parstoday.ir/azeri/news/azerbaijan-i2374-antiterror_tədbirləri_adlandırılan_bir_günlük_hərbi_əməliyyatda_itkilərin_sayı_aÇiqlandi
Sentyabrın 19-da Qarabağda keçirilən lokal hərbi əməliyyatda Azərbaycan Ordusu xeyli itki verib.
(last modified 2023-09-30T05:19:46+00:00 )
Sen 27, 2023 10:03 Asia/Baku
  • Antiterror tədbirləri adlandırılan Bir günlük hərbi əməliyyatda itkilərin sayı AÇIQLANDI

Sentyabrın 19-da Qarabağda keçirilən lokal hərbi əməliyyatda Azərbaycan Ordusu xeyli itki verib.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən KİV-ə verilən məlumata görə, llokal hərbi əməliyyatlar zamanı ölkənin Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub.

Qeyd olub həlak olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. onlardan 1 nəfəri də mülki şəxsdir.

11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəkdir.

Eyni zamanda, hərbi  tədbirləri nəticəsində 511 hərbi qulluqçu və 1 mülki şəxs yaralanıb.

Bundan əvvəl Meydan TV-yə istinadən ölən əsgərlərin təsdiqlənmiş sayı 201 nəfər olaraq sosial şəbəkələrdə paylaşılmışdı.