Əliyev Qarabağa səfər edib
https://parstoday.ir/azeri/news/azerbaijan-i2382-Əliyev_qarabağa_səfər_edib
Azərbaycan Respublikası Prezidentinin aparatı dünən (cümə axşamı) bu ölkənin prezidenti İlham Əliyevin Qarabağın Cəbrayıl rayonuna səfəri barədə məlumat yayıb.
(last modified 2023-09-30T05:19:51+00:00 )
Sen 29, 2023 05:05 Asia/Baku
  • Əliyev  Qarabağa səfər edib

Azərbaycan Respublikası Prezidentinin aparatı dünən (cümə axşamı) bu ölkənin prezidenti İlham Əliyevin Qarabağın Cəbrayıl rayonuna səfəri barədə məlumat yayıb.

Reuters-ə görə; Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəbrayıl rayonuna səfəri ölkə qüvvələrinin bu dağlıq ərazidə "anti-terror tədbirlər" adı altinda nəzarəti bərpa etməsindən bir neçə gün sonra baş tutub.

Qeyd edək Sovet İttifaqının dağılmasından sonra 1990-cı illərdə erməni qüvvələri tərəfindən ələ keçirilən Cəbrayıl şəhəri 2020-ci ilin qısa müharibəsi zamanı yenidən Bakının nəzarətinə keçib.

KİV-ə yayılan məlumatda deyilir İlham Əliyev sentyabrın 28-də Cəbrayıl rayonuna səfər edib.lakin görünür, bu, Azərbaycan Respublikası Prezidentinin Qarabağda ölkənin hərbi əməliyyatları başlayandan bəri həmin əraziyə ilk səfəridir. Bu əməliyyatdan sonra on minlərlə Dağlıq Qarabağ erməniləri bu bölgəni tərk etməyə məcbur oldu.

Dərc edilmiş məlumatlara görə, bir günlük bu əməliyyatda Azərbaycan Respublikasının 192 əsgəri həlak olub, ən azı 500 nəfər isə yaralanıb.