Dağlıq Qarabağ ermənilərinin təxliyəsi davam edir
Azərbaycan Respublikası qüvvələrinin "anti-terror tədbirlər" adı altinda hücumundan sonra Dağlıq Qarabağın təxliyəsi davam edir.
Sentyabrın 19 və 20-də Azərbaycan Respublikası “antiterror və erməni qüvvələrinin tərksilahı” əməliyyatı iddiası ilə Dağlıq Qarabağ bölgəsinə hücumü bu ərazidəki erməni sakinlərinin qaçması ilə müşayiət olunub. Daha əvvəl Bakının Dağlıq Qarabağda etnik təmizləmə siyasəti həyata keçirmək əzmində olduğunu iddia edən Ermənistan Azərbaycan ordusunun bu hərəkətini 2020-ci ildə bağlanmış sülh sazişinin müddəalarının açıq şəkildə pozulması kimi qiymətləndirir.
“Armenian Press” -in məlumatına görə, İrəvan dünən, cümə axşamı elan edib ki, Azərbaycan Respublikası ordusunun hücumundan sonra Dağlıq Qarabağı tərk edərək Ermənistana sığınan erməni qaçqınların sayı 74 400 nəfərə çatıb.
Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan bu statistikanı açıqlayarkən əlavə edib ki, ötən gecə saat 18:00-a qədər erməni qaçqınları daşıyan 15 535 avtomobil sərhədi keçərək ölkəyə daxil olub.
Həmçinin ötən gün Ermənistan hökuməti erməni qaçqınlara 100 min dram pul yardımı ayırdığını bildirib.
Ermənistanın baş naziri Paşinyan bu xəbəri açıqlayarkən bildirib ki, ٍhəmin maliyyə yardımı ölkə büdcəsindən ödəniləcək.
Qeyd edək ki, dünən Qarabağın separatçı hökuməti Dağlıq Qarabağ Respublikasının buraxıldığını bəyan edib.