Bakı Dağlıq Qarabağa hücumda azərbaycanlı əsgərlərin itkiləri ilə bağlı yeni hesabat yayıb
https://parstoday.ir/azeri/news/azerbaijan-i2390-bakı_dağlıq_qarabağa_hücumda_azərbaycanlı_əsgərlərin_itkiləri_ilə_bağlı_yeni_hesabat_yayıb
Azərbaycan Respublikasındakı KİV-i Dağlıq Qarabağa hücumda həlak olanların sayının 198 nəfər olduğunu açıqlayıb.
(last modified 2023-10-05T06:05:43+00:00 )
Sen 29, 2023 08:35 Asia/Baku
  • Bakı Dağlıq Qarabağa hücumda azərbaycanlı əsgərlərin itkiləri ilə bağlı yeni hesabat yayıb

Azərbaycan Respublikasındakı KİV-i Dağlıq Qarabağa hücumda həlak olanların sayının 198 nəfər olduğunu açıqlayıb.

Azərbaycan Respublikası sentyabrın 19- 20-də Dağlıq Qarabağa hücum etdi. Ermənistan hücumu 2020-ci il sülh sazişinin müddəalarının açıq şəkildə pozulması kimi qiymətləndirir.

Azərbaycan ordusunun antiterror tədbirləri Adlandırılan hərbi əməliyyatlar  zamanı həlak olan daha 6 hərbçinin kimliyi müəyyənləşib.

Azərbaycan KİV-i xəbər verir ki, Azərbaycan ordusunun şəhid hərbçilərinin sayı 198-ə çatıb.

Bundan əvvəl 192 həlak olan hərbçinin adı açıqlanıb. ölən hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Ölənlərdən 1 nəfər də mülki şəxsdir.

11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəkdir.

Eyni zamanda, hərbi tədbirləri nəticəsində 511 hərbi Azərbaycan qulluqçusu və 1 mülki şəxs yaralanıb.

Ermənistan hakimiyyəti Bakını etnik təmizləmə siyasəti həyata keçirməkdə günahlandır,  mülki əhali arasında itkilərin və Dağlıq Qarabağ ermənilərinin kollektiv şəkildə qaçmasının statistikasıla bu iddianı təsdiqləyir, lakin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi dünən iddia edib ki, son əməliyyatlarda Dağlıq Qarabağ, infrastruktur və mülki əhali hədəfə alınmayıb və yalnız konkret hərbi hədəflər məhv edilib.

Dağlıq Qarabağdakı hüquq müdafiəçiləri iki gün əvvəl çoxlu sayda mülki şəxsin Azərbaycan əsgərlərinin əli ilə öldüyünü təsdiqləyiblər.