Bakı ermənilərin Qarabağdan çıxması üçün təhlükəsiz keçid yaratmağa vəd verib
Azərbaycan Respublikası erməniləri Dağlıq Qarabağda qalmağa dəvət etməklə bərabər, Ermənistan vətəndaşlarının bu bölgədən təhlükəsiz çıxışına zəmanət verib.
Azərbaycan Respublikasının ordusu sentyabrın 19-da və 20-də Dağlıq Qarabağa hücuma keçdi. Ermənistan şənbə günü elan edib ki, son günlər 100 417 Qarabağ ermənisi bu ölkəyə qaçqın düşüb.
Bu arada Azərbaycan Respublikasını Dağlıq Qarabağda etnik təmizləmə aparmaqda ittiham edən Ermənistanın baş naziri Nikol Paşinyan cümə günü verdiyi açıqlamada bu qaçqınların yolunda olan təhlükələrdən danışıb. Paşinyan həmçinin Azərbaycanı Qarabağ ermənilərinin Ermənistana miqrasiya zamanı özbaşına həbs edilməsində ittiham edib.
Bununla yanaşı Bakı erməniləri Dağlıq Qarabağda qalmağa dəvət edərkən erməni qaçqınlarının təhlükəsizliyinə zəmanət verib.
İSNA-in məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ötən gün Bakının Qarabağı tərk etmək istəyən ermənilər üçün təhlükəsiz keçidin yaradılması ilə bağlı qərarını açıqlayıb.
Hacıyev deyib: “Azərbaycan Dağlıq Qarabağ bölgəsini öz istəkləri ilə tərk etmək istəyən ermənilər üçün təhlükəsiz və ləyaqətli keçidi təmin edir”.
Statistikaya görə, hazırda Dağlıq Qarabağda cəmi 20 min erməni qalıb. Ermənistanın baş naziri Nikol Paşinyan 3 gün əvvəl, yaxın bir neçə gün ərzində Dağlıq Qarabağda daha erməni qalmayacağını bildirib.
Belə bir şəraitdə isə azərbaycanlı rəsmi Dağlıq Qarabağda qalan ermənilərə humanitar yardımın verilməsindən danışıb və iddia edib ki, azərbaycanlıların və ermənilərin ləyaqət, firavanlıq və qarşılıqlı hörmətlə birgə yaşayışının təmin edilməsi bakı üçün mühüm prinsipdir.
Hacıyev daha sonra bildirib ki, Bakı hərəkət azadlığına və fərdi istəklərə hörmətlə yanaşır.
Azərbaycan hakimiyyəti son vaxtlar Azərbaycan vətəndaşlarının Dağlıq Qarabağda məskunlaşdığını elan edib. Müşahidəçilər ermənilərin Dağlıq Qarabağdan çıxarılmasını və Azərbaycan Respublikası vətəndaşlarının bu bölgəyə yerləşdirilməsini Bakının etnik təmizləmə siyasətinin sübutu kimi qiymətləndirirlər.