Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə təlim keçirir
https://parstoday.ir/azeri/news/azerbaijan-i2440-azərbaycan_və_qazaxıstan_xəzər_dənizində_birgə_təlim_keçirir
Birgə taktiki təlimdə iştirak etmək üçün oktyabrın 2-də Qazaxıstan HDQ-nin hərbi gəmiləri və şəxsi heyəti Bakıya səfər edib.
(last modified 2023-10-05T06:04:51+00:00 )
Okt 03, 2023 06:28 Asia/Baku
  • Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə təlim keçirir

Birgə taktiki təlimdə iştirak etmək üçün oktyabrın 2-də Qazaxıstan HDQ-nin hərbi gəmiləri və şəxsi heyəti Bakıya səfər edib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, Bakıda hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə "Xəzri-2023" birgə taktiki təlimi keçirilir.

Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi xəbər verib

Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin HDQ komandanı kontr-admiral Saken Bekjanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

HDQ komandanı keçiriləcək birgə taktiki təlimin hər iki ölkənin hərbi qulluqçuları arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına, onların peşəkarlığının və hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyini bildirib.

Qeyd edək ki, oktyabrın 8-dək davam edəcək Azərbaycan-Qazaxıstan birgə taktiki təlimində müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər icra ediləcək.