Azərbaycan vətəndaşları Qarabağda məskunlaşdırılır
https://parstoday.ir/azeri/news/azerbaijan-i2442-azərbaycan_vətəndaşları_qarabağda_məskunlaşdırılır
Azərbaycan Respublikası Azərbaycan vətəndaşlarının Dağlıq Qarabağda məskunlaşdırılması prosesinə başlayıb.
(last modified 2023-10-05T06:04:51+00:00 )
Okt 03, 2023 06:30 Asia/Baku
  • Azərbaycan vətəndaşları  Qarabağda məskunlaşdırılır

Azərbaycan Respublikası Azərbaycan vətəndaşlarının Dağlıq Qarabağda məskunlaşdırılması prosesinə başlayıb.

Ermənistan ictimai radiosunun məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan Şəhərsalma Forumunda bildirib ki, indiyədək bu ölkənin 2300 vətəndaşı Dağlıq Qarabağda məskunlaşıb.

Azərbaycan Respublikasının Prezidenti bu insanları “məcburi qaçqın” adlandıraraq, ilin sonuna kimi onların sayının 5500-ə çatacağını bəyan edib.

Əliyevin sözlərinə görə, Bakı, Sumqayıt və Gəncə kimi müxtəlif şəhərlərdən olan Azərbaycan vətəndaşları öz vətənlərinə qayıtmağa çalışırlar.

Qeyd edək Azərbaycan  Respublikası ordusunun Qarabağ bölgəsindəki antiterror tədbirləri Adlandırılan hərbi hücumundan (19 sentyabr) sonra bu bölgədə yaşayan xeyli sayda erməni etnik təmizləmə siyasətinin həyata keçirilməsindən ehtiyat edərək evlərini tərk edərək Ermənistana gediblər.

Şənbə günü Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazelı Bağdasaryan Dağlıq Qarabağ bölgəsindən ölkəyə 100 mindən çox erməninin daxil olduğunu açıqlayıb.