Əliyev Qranada görüşündən danışıb
https://parstoday.ir/azeri/news/azerbaijan-i2444-Əliyev_qranada_görüşündən_danışıb
Azərbaycan Respublikasının Prezidenti: Qranadada keçiriləcək qarşıdan gələn görüş regionda sülh gündəliyinin inkişafına təkan verə bilər
(last modified 2023-10-05T06:04:51+00:00 )
Okt 03, 2023 06:32 Asia/Baku
  • Əliyev Qranada görüşündən danışıb

Azərbaycan Respublikasının Prezidenti: Qranadada keçiriləcək qarşıdan gələn görüş regionda sülh gündəliyinin inkişafına təkan verə bilər

Qranadada keçiriləcək qarşıdan gələn görüşün regionda sülh gündəliyinin inkişafına təkan verəcəyinə ümidvarıq.

Azərbaycanın KİV-i xəbər verir ki, bu barədəAzərbaycan Respublikasının  Prezident İlham Əliyev oktyabrın 2-də Anqlikan Kilsəsinin dini rəhbəri, Kenterberi Arxiyepiskopu Castin Velbini ilə görüşündə bildirib.

 İlham Əliyev Qranadada keçiriləcək qarşıdan gələn görüşün regionda sülh gündəliyinin inkişafına təkan verəcəyinə ümidvarlığını ifadə edib.

 lham Əliyev sülh gündəliyinin irəli aparılması üçün regionda tarixi imkanların və fürsətlərin yarandığını bildirib, hazırda Azərbaycan Respublikasının bu istiqamətdə göstərdiyi səylərə toxunub.

Qeyd edək ki, oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Azərbaycan Respublikası və Ermənistan liderləri arasında görüş keçiriləcək.