Bakı: Ermənilər Qarabağa geri qayıda bilərlər!
https://parstoday.ir/azeri/news/azerbaijan-i2446-bakı_ermənilər_qarabağa_geri_qayıda_bilərlər!
Dağlıq Qarabağda yaşayan xeyli sayda erməninin etnik təmizləmə siyasətinin həyata keçirilməsindən ehtiyat edərək evlərini tərk edib Ermənistana getdiyi bir şəraitdə Bakı onların bölgəyə qayıtmasından danışır.
(last modified 2023-10-05T06:04:52+00:00 )
Okt 03, 2023 06:36 Asia/Baku
  • Bakı: Ermənilər Qarabağa geri qayıda bilərlər!

Dağlıq Qarabağda yaşayan xeyli sayda erməninin etnik təmizləmə siyasətinin həyata keçirilməsindən ehtiyat edərək evlərini tərk edib Ermənistana getdiyi bir şəraitdə Bakı onların bölgəyə qayıtmasından danışır.

“Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin Ermənistana getməsi onların könüllü  qərarıdır, geri qayıda bilərlər”.

Azərbaycanın KİV-i xəbər verir ki, bu barədə Türkiyənin gdh.digital  nəşrinə açıqlamasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.

Qarabağ bölgəsinin erməni sakinlərinin sıxışdırılması ilə bağlı ittihamları rədd edən Azərbaycan Prezidentinin nümayəndəsi deyib:

“Xüsusilə vurğulamalıyam ki, biz onları qalmağa və çoxmillətli Azərbaycanın bir hissəsi olmağa çağırmışıq.

E.Əmirbəyov deyib ki, Azərbaycan Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağda "etnik təmizləmə" ilə bağlı əsassız iddialarını pisləyir.

Eyni zamanda o, iddia edib ki “Paşinyan Azərbaycanın ermənilərə humanitar yardım göstərmək səylərini və onların reinteqrasiya prosesini pozmağa çalışır. Bu, həm də Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması ehtimalını sarsıdır”.