Paşinyan İspaniyaya səfər edib\ Əliyev səfərdən imtina etdi !
Ermənistanın baş naziri Avropa siyasi birliyinin üçüncü sammitində iştirak etmək üçün İspaniyaya gedib.
Ötən həftə Ermənistan Təhlükəsizlik Şurası bəyanat yayaraq, Dağlıq Qarabağ bölgəsində son insidentdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın 5-də İspaniyanın Qranada şəhərində görüşəcəyini açıqlayıb.
Bu arada Əliyev dünən (çərşənbə) bu görüşdə iştirak etməyəcəyini bildirib.
Ermənistan İctimai Radiosunun məlumatına görə, Paşinyan Qranadada (İspaniya) bəzi Avropa ölkələrinin liderləri ilə görüşəcək.
Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şults və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa Siyasi Birliyinin üçüncü sammitində iştirak edəcəklər.
Azərbaycanda KİV-i Əliyevin İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin növbəti iclasında iştirakdan imtinasının səbəbini açıqlayıb və yazib ki Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilməyib, xüsusilə Fransa və Almaniya buna qarşı olub və onların israrı qəbul edilib.