Əliyev İranla dostluğun vacibliyini bildirdi
Okt 07, 2023 05:17 Asia/Baku
"Azərbaycan-İran dostluğu və əməkdaşlığı bütün bölgə üçün önəmli amildir" deyə Azərbaycan prezidenti çıxışında bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da İran İslam Respublikasının Yol və Şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfdən həmsədri Mehrdad Bəzrpaşı qəbul edərkən regional məsələlərin region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini bildirmiş, bu xüsusda 3+3 əməkdaşlıq formatının da təşəbbüskarının məhz Azərbaycan olduğunu qeyd edərək, tezliklə bu formatda görüşlərin keçiriləcəyini müsbət bir addım kimi qiymətləndirmişdir.