Bakı və İrəvan arasında danışıqlar Tbilisidə keçiriləcək
https://parstoday.ir/azeri/news/azerbaijan-i2510-bakı_və_İrəvan_arasında_danışıqlar_tbilisidə_keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti Ermənistanla münasibətlərin normallaşdırılması üçün “Tbilisidə” ikitərəfli və ya üçtərəfli görüşlərin keçirilməsinin mümkünlüyünü bildirib.
(last modified 2023-10-09T07:04:25+00:00 )
Okt 09, 2023 05:30 Asia/Baku
  • Bakı və İrəvan arasında danışıqlar Tbilisidə keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti Ermənistanla münasibətlərin normallaşdırılması üçün “Tbilisidə” ikitərəfli və ya üçtərəfli görüşlərin keçirilməsinin mümkünlüyünü bildirib.

Oktyabrın 8-də Azərbaycan prezidenti İlham Əliyev Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuat konfransında bildirib ki, razılıq əldə olunarsa, bütün tərəflərin nümayəndələri Gürcüstana gəlib Bakı-İrəvan münasibətlərinin normallaşmasına dair ikitərəfli və ya üçtərəfli görüş keçirə bilərlər.

Qeyd edək Əliyev oktyabrın 5-də Avropa İttifaqının təşəbbüsü ilə Qranada şəhərində (İspaniya) keçirilən görüşdə iştirak etməyib.

Bakının Qrenada görüşündə iştirak etməməsinin səbəbləri kimi Azərbaycanın Türkiyənin bu görüşdə iştirak təklifinə məhəl qoyulmadığı, Həmçinin Fransanın regionda qərəzli və militarizasiya  siyasəti  qeyd edilib.

Oktyabrın 3-də Fransanın xarici işlər naziri Ermənistana səfəri zamanı Parisin İrəvana hərbi texnikanın çatdırılmasına razılıq verdiyini bəyan edib.