İlham Əliyev Cənubi Qafqazda sülhün bərqərar olmasını vurğulayıb
Azərbaycan Respublikasının Prezidenti Gürcüstanın Baş naziri ilə görüşündə ölkələrin ərazi bütövlüyünə hörmətdən və Qafqazda sülhdən danışıb.
Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb.
Azərbaycan KİV-i xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib.
Azərbaycanın və Gürcüstanın hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan Azərbaycan Respublikasının Prezidenti bildirib: “Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın maraqlarını əks etdirən bu və ya digər məsələlərdə bir-birimizi dəstəkləyirik və bir-birimizin yanındayıq. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır”.
Son günlərdə Azərbaycan Respublikası və Gürcüstan Türkiyənin iştirakı ilə “Eternity-2023” birgə təlimi keçirib.
Bu təlim şənbə günü başa çatdı.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi təlimin məqsədini üç ölkənin silahlı qüvvələri arasında əməkdaşlığı genişləndirmək bildirib.