Yeni sülh danışıqları ərəfəsində İrəvan və Bakı arasında ittihamlar səsləndirilib
https://parstoday.ir/azeri/news/azerbaijan-i256-yeni_sülh_danışıqları_ərəfəsində_İrəvan_və_bakı_arasında_ittihamlar_səsləndirilib
Dağlıq Qarabağ məntəqəsi ilə bağlı onilliklər davam edən münaqişənin həlli üçün sülh sazişinin bağlanmasına yönəlmiş yeni danışıqlardan iki gün əvvəl Ermənistan və Azərbaycan arasında ittihamlar səsləndirilib.
(last modified 2023-05-31T06:24:53+00:00 )
May 30, 2023 06:42 Asia/Baku
  • Yeni sülh danışıqları ərəfəsində İrəvan və Bakı arasında ittihamlar səsləndirilib

Dağlıq Qarabağ məntəqəsi ilə bağlı onilliklər davam edən münaqişənin həlli üçün sülh sazişinin bağlanmasına yönəlmiş yeni danışıqlardan iki gün əvvəl Ermənistan və Azərbaycan arasında ittihamlar səsləndirilib.

Dağlıq Qarabağ məntəqəsi ilə bağlı onilliklər davam edən münaqişənin həlli üçün sülh sazişinin bağlanmasına yönəlmiş yeni danışıqlardan iki gün əvvəl Ermənistan və Azərbaycan arasında ittihamlar səsləndirilib.

Ötən həftə Azərbaycan və Ermənistan dovlət başçıları Moskvada görüşüb; bu görüşdə Rusiya prezidenti Vladimir Putin iki tərəfin uzunmüddətli sülh sazişi istiqamətində irəliləyiş əldə etdiyinə inandığını bildirib.

Bazar ertəsi Ermənistan , Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağda yerli hökumətin buraxılmasını tələb etməsindən sonra Azərbaycanı güc tətbiq etməklə hədələməkdə ittiham edib.

Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, “İlham Əliyev” “soyqırım ilə hədələyir” və “Dağlıq Qarabağ sakinlərinə qarşı növbəti təcavüz aktına yol açır”.

qeyd edək İlham Əliyev bazar günü Laçın şəhərində deyib: Azərbaycan Respublikasının 2020-ci il müharibəsində əldə etdiyi uğurlardan sonra ermənilərin Qarabağın müstəqilliyi ilə bağlı “xüliyalarından” əl çəkmələrinin vaxtı çatıb.

 “Bu, Azərbaycan Respublikasının qanunlarına tabe olmaq, loyal və normal vətəndaş olmaq, dırnaq arası saxta dovlət atributlarını  zibil yeşiyinə atmaq, dırnaq arası parlamenti buraxmaq deməkdir. -“İlham Əliyev” Azərbaycan dövlət televiziyasında yayımlanan çıxışında deyib