Əliyev Qırğızıstana səfəri çərçivəsində Putin ilə görüşüb
https://parstoday.ir/azeri/news/azerbaijan-i2588-Əliyev_qırğızıstana_səfəri_çərçivəsində_putin_ilə_görüşüb
Azərbaycan Respublikasının Prezidenti Qırğızıstana MDB iclasında iştirak etmək üçün səfər edib
(last modified 2023-10-16T02:32:13+00:00 )
Okt 13, 2023 06:13 Asia/Baku
  • Əliyev Qırğızıstana səfəri çərçivəsində Putin ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti Qırğızıstana MDB iclasında iştirak etmək üçün səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçünoktyabrın 12-də Qırğız Respublikasına səfərə gəlib.

Bu barədə Azərbaycan KİV-i xəbər verib

Həmçinin qeyd edilib ki Oktyabrın 12-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir  Putin ilə görüşü olub.

Görüşdə iki ölkə z arasında iqtisadi-ticari əlaqələrin inkişafından, xüsusilə ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olunub.

Söhbət zamanı Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafından, onun potensialının genişləndirilməsindən və bütövlükdə həm dəmir yolu, həm də avtomobil yolları vasitəsilə yükdaşımaların həcminin bu marşrut boyunca artmasından məmnunluq ifadə olunub.