Qarabağ; Putin və Əliyev arasında Bişkek görüşündə diqqət mərkəzində olub
https://parstoday.ir/azeri/news/azerbaijan-i2594-qarabağ_putin_və_Əliyev_arasında_bişkek_görüşündə_diqqət_mərkəzində_olub
Rusiya və Azərbaycan Respublikasının Dövlət Başçıları Müstəqil Dövlətlər Birliyinin (MDB) Bişkekdə keçirilən iclası çərçivəsində Dağlıq Qarabağ məsələsini müzakirə ediblər.
(last modified 2026-03-20T08:20:48+00:00 )
Okt 13, 2023 10:41 Asia/Baku
  • Qarabağ; Putin və Əliyev arasında Bişkek görüşündə diqqət mərkəzində olub

Rusiya və Azərbaycan Respublikasının Dövlət Başçıları Müstəqil Dövlətlər Birliyinin (MDB) Bişkekdə keçirilən iclası çərçivəsində Dağlıq Qarabağ məsələsini müzakirə ediblər.

Oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir.

Müstəqil Dövlətlər Birliyi Sovet İttifaqının dağılmasından sonra yaranıb. Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan bu birliyin üzvləridir.

Müstəqil Dövlətlər Birliyinin Bişkekdə keçirilən iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etməməsinə baxmayaraq, bu görüş çərçivəsində Rusiya və Azərbaycan Respublikasının prezidentləri Vladimir Putin və İlham Əliyevin ikitərəfli görüşü olub.

Azərbaycan Respublikasının KİV-i Putin və Əliyev arasında ikitərəfli görüşün Paşinyanın əvvəllər Müstəqil Dövlətlər Birliyinin Bişkekdə keçiriləcək iclasında iştirak etməyəcəyini dediyi şəraitdə baş tutduğunu bildirib.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının oktyabrın 12-də  Bişkekdə keçirilən iclasında iştirakdan imtina edib.

Ermənistan hakimiyyətinin Bişkekdə iştirakdan imtinası Moskva hakimiyyətinin Rusiya, Ermənistan və Azərbaycan Respublikasının hakimiyyət orqanlarının üçtərəfli görüşünü keçirməyə çalışdığı şəraitdə edilib.