Zakir Həsənov Özbəkistana gedib
https://parstoday.ir/azeri/news/azerbaijan-i2698-zakir_həsənov_Özbəkistana_gedib
Azərbaycan Respublikasının müdafiə naziri Özbəkistana səfər edib.
(last modified 2023-10-22T07:02:29+00:00 )
Okt 19, 2023 08:02 Asia/Baku
  • Zakir Həsənov Özbəkistana gedib

Azərbaycan Respublikasının müdafiə naziri Özbəkistana səfər edib.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.

Azərbaycanın KİV-i xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində keçiriləcək görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Özbəkistan arasında 2022-ci ilin iyununda hərbi əməkdaşlıq sazişi imzalanıb.