Azərbaycan və Türkiyə orduları birgə hərbi təlimlər keçirəcək
https://parstoday.ir/azeri/news/azerbaijan-i2704-azərbaycan_və_türkiyə_orduları_birgə_hərbi_təlimlər_keçirəcək
Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimə cəlb edilən Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri bu ölkədədir.
(last modified 2023-10-22T07:02:31+00:00 )
Okt 21, 2023 05:16 Asia/Baku
  • Azərbaycan və Türkiyə orduları birgə hərbi təlimlər keçirəcək

Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimə cəlb edilən Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri bu ölkədədir.

Aran Radiosu Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, birgə taktiki təlimin 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və Qarabağda daxil olmaqla bir neçə istiqamətdə keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus bir neçə F-16 təyyarələri "Mustafa Kamal Atatürk - 2023" adlı birgə təlimdə iştirak etmək üçün bu ölkəyə gəlib.

Hesabatlarda hərbçilərin sayı, eləcə də təlimdə iştirak edən maşınların növü və sayı qeyd olunmur.

Azərbaycan Respublikasının  Müdafiə Nazirliyindən KIV-ə bildirilib ki,birgə taktiki təlim ərəfəsində hər iki  ölkənin komando bölmələri ilə müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər məşq etdirilib.

keçiriləcək birgə təlimin əsas məqsədi iki ölkə qoşunlarının qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının daha da artırılması elan olunub.