Azərbaycan və Türkiyə orduları birgə hərbi təlimlər keçirəcək
Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimə cəlb edilən Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri bu ölkədədir.
Aran Radiosu Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, birgə taktiki təlimin 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və Qarabağda daxil olmaqla bir neçə istiqamətdə keçirilməsi planlaşdırılır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus bir neçə F-16 təyyarələri "Mustafa Kamal Atatürk - 2023" adlı birgə təlimdə iştirak etmək üçün bu ölkəyə gəlib.
Hesabatlarda hərbçilərin sayı, eləcə də təlimdə iştirak edən maşınların növü və sayı qeyd olunmur.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən KIV-ə bildirilib ki,birgə taktiki təlim ərəfəsində hər iki ölkənin komando bölmələri ilə müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər məşq etdirilib.
keçiriləcək birgə təlimin əsas məqsədi iki ölkə qoşunlarının qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının daha da artırılması elan olunub.