Azərbaycan və Ermənistan XİN başçıları Tehranda görüşə bilər
https://parstoday.ir/azeri/news/azerbaijan-i2708-azərbaycan_və_ermənistan_xİn_başçıları_tehranda_görüşə_bilər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla İranın paytaxtı Tehranda görüşə bilər.
(last modified 2023-10-22T07:02:32+00:00 )
Okt 21, 2023 06:29 Asia/Baku
  • Azərbaycan və Ermənistan XİN başçıları Tehranda görüşə bilər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla İranın paytaxtı Tehranda görüşə bilər.

Aran Radiosu musavat-a istinadən  xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

V.Kostanyan bildirib ki, İrəvan Tehrandan xarici işlər nazirləri səviyyəsində “3+3” formatı çərçivəsində görüş təklifi alıb.

“Biz İran tərəfdən nazirlər səviyyəsində görüşlə bağlı dəvət almışıq. Hazırda iranlı həmkarlarımızla müzakirələr aparırıq. Yekun qərar barədə ictimaiyyətə açıqlama veriləcək”, - nazir müavini qeyd edib

 Onun sözlərinə görə, Türkiyə, Rusiya və İran nümayəndələri ilə görüşlərin keçiriləcəyi də ehtimal edilir.