Azərbaycan və Ermənistan XİN başçıları Tehranda görüşə bilər
Okt 21, 2023 06:29 Asia/Baku
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla İranın paytaxtı Tehranda görüşə bilər.
Aran Radiosu musavat-a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.
V.Kostanyan bildirib ki, İrəvan Tehrandan xarici işlər nazirləri səviyyəsində “3+3” formatı çərçivəsində görüş təklifi alıb.
“Biz İran tərəfdən nazirlər səviyyəsində görüşlə bağlı dəvət almışıq. Hazırda iranlı həmkarlarımızla müzakirələr aparırıq. Yekun qərar barədə ictimaiyyətə açıqlama veriləcək”, - nazir müavini qeyd edib
Onun sözlərinə görə, Türkiyə, Rusiya və İran nümayəndələri ilə görüşlərin keçiriləcəyi də ehtimal edilir.